Xidmətlərimiz

Tez tez verilən suallar

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydiyyata alınır.

Daşınmaz əmlak üzərində fiziki və hüquqi şəxslərin hüquqlarını əvvəllər dövlət qeydiyyatına almış orqanların (məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi və s.) verdiyi dövlət aktları, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin öz hüquqi qüvvəsini saxlamasıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.

Eyni zamanda həmin qanunun 5.1-1-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə (daşınmaz əmlak barəsində notariat hərəkətinin aparılması ilə bağlı notarius və qanunla müəyyən edilmiş hallarda notariat hərəkətini aparmağa hüququ olan digər vəzifəli şəxslər istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.

Qeyd: maddədə qeyd olunan müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq 1 iş günü müddətində.

Bəli, vardır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə ipotekanın dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu nəzərdə tutulmuşdur. Dövlət rüsumunun tutulduğu hallar, onun məbləği, habelə dövlət rüsumundan azadolmalar ilə bağlı “Dövlət rüsumu haqqında” Qanunun 26-cı və 27-ci maddələri ilə tanış ola bilərsiniz. Eyni zamanda qeyd olunmalıdır ki, dövlət rüsumu ilə yanaşı qeydiyyat orqanı tərəfindən göstərilən xidmətlərə görə xidmət haqqı da alınır. Xidmət haqqı ilə bağlı məsələlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə müəyyən edilmişdir.

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Eyni zamanda həmin maddədə göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Hüquqların qeydiyyatı ilə bağlı ərizələrin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə tənzimlənir.

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

Hüquqların dövlət qeydiyyatının dayandırılması ilə bağlı hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsi ilə müəyyən edilmişdir. Bu hallar aşağıdakılardır:

Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi olduğu təqdirdə. Sözügedən qanunun1-ci maddəsinə əsasən,qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər, 14.2-ci maddəsinə əsasən, bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7gün müddətində verilməlidir. Qanunun 14.4-cü maddəsinə görə, qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir;
Hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə. Bu müddəa sözügedən qanunun 14.3-cü maddəsində öz əksini tapmışdır. Həmin maddədə o da qeyd olunur ki, ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır;
Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət (yəni bir ay) ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Bu müddəa isə sözügedən qanunun 14.5-ci maddəsində öz əksini tapmışdır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

İpotekanın dövlət qeydiyyatı daşınmaz əmlakın ipotekası haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən ipotekanın qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır.

Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 11.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. Qanunun 19.3-cü maddəsinə uyğun olaraq binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bununla yanaşı, 3 halda xarici hüquqi və fiziki şəxslər Azərbaycanda torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilərlər, lakin həmin hüququ 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Bu müddəa Torpaq Məcəlləsinin 49.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, sözügedən maddəyə uyğun olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.