Ana səhifə Əlaqə Statistika
Azərbaycan variantı
English version
Русская версия
 
     
    Dövlət reyestri xidməti
    Xidmətin fəaliyyəti
    Vətəndaşlar üçün
    Qanunvericilik
    Mətbuat xidməti
    Beynəlxalq əlaqələr
    Əlaqə
    Statistika
    Qarabağ
    Tariflər
    Milli Qeydiyyat Sistemi
    Layihələr
    Linklər
    Sual-Cavab
  Xəbərlər arxivi
  e-mail  
   
 

21.08.2008

İYULDA 10932 DAŞINMAZ ƏMLAK ÜZƏRİNDƏ MÜLKİYYƏT
HÜQUQLARININ QEYDİYYATI APARILIB
 
 

2008-ci ilin iyul ayında respublika üzrə 10932 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb. Bu göstəricinin 3943-ü ilkin, 6989-u isə təkrar bazarın payına düşür.


13.08.2008

XİDMƏTDƏ İNGİLİS DİLİ TƏDRİS EDİLƏCƏK

Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış kredit sazişinə uyğun olaraq ölkəmizdə həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində layihənin icraçı təşkilatlarında çalışan və ingilis dilini öyrənməyə ehtiyac duyan əməkdaşlara ingilis dili tədris ediləcək. 


12.08.2008

6 AYDA 46841 DAŞINMAZ ƏMLAKIN TEXNİKİ PASPORTU TƏRTİB EDİLİB

2008-ci ilk 6 ayında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları tərəfindən 46841 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb və bu qədər sayda texniki pasport hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.


   


 


Hörmətli vətəndaşlar!

     Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin veb-saytında Sizi salamlamaqdan məmnunluq duyuruq. 
     Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 7 fevral tarixli 188 nömrəli Fərmanı ilə yaradılıb. 
     Xidmət qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən, daşınmaz əmlakın vahid kadastrını tərtib edən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərini apararaq müvafiq texniki sənədləri tərtib edən və öz səlahiyyətləri daxilində ayrı-ayrı bölmələr üzrə daşınmaz əmlak obyektlərinin inventar və bazar münasibətlərinə uyğun real dəyərini müəyyənləşdirən mərkəzi icra hakimiyyəti orqanıdır.
    Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla rəsmiləşdirilir.
   Saytın əsasnamə və qanunvericilik bölməsindən Xidmətin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri haqqında ətraflı məlumatlar almaq olar.
Xidmətin Azərbaycan Respublikasının bütün regionlarını əhatə edən 24 ərazi idarəsi formalaşdırılıb. Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərini əhatə edən 4 idarə istisna olmaqla 20 ərazi idarəsi hazırda fəaliyyətdədir. Eyni zamanda respublikanın bütün rayonlarında Xidmətin şöbələri vardır.
    Yerləşdiyi ərazidən asılı olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı, həmçinin dövlət reyestrindən çıxarışların verilməsi həm ərazi idarələrində, həm də rayon şöbələrində həyata keçirilir. 
     Saytımızdan Xidmətin ərazi idarələri və rayon şöbələri haqqında ətraflı məlumat ala, Xidmətin Aparatında və ərazi idarələrində təşkil edilən qəbul günlərinin vaxtını öyrənə, Sizi maraqlandıran sualları saytın sual-cavab bölməsinə daxil olmaqla mütəxəssislərimizə ünvanlaya və cavab ala bilərsiniz. 

Mətbuat xidməti

 

 

Ərazi Idarələrin xəritəsi


Göstərilən xəritədən istifadə edərək Xidmətin ərazi idarələri haqqında məlumat ala bilərsiniz
 

Vətəndaşlar üçün

Hüquqların dövlət qeydiyyatı haqqında, dövlət reyestrindən arayışların alınması üçün və dövlət reyestrində dəyişikliklər və düzəlişlər aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinə müraciətlər yazılı formada edilir.

Daha ətraflı ...

Qanunvericilik

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Daha ətraflı ...

Beynəlxalq əlaqələr

Xidmətin beynəlxalq əlaqələri sürətlə genişlənməkdədir.

Daha ətraflı ...

Statistika

Xidmətin fəaliyyətinə dair son statistik göstəricilərlə tanış ola bilərsiniz.

Daha ətraflı ...

 
 
İnternet resursları


The site of President of Azerbaijan Republic