Xudaverdi Səttar oğlu Kərimov

Xudaverdi Səttar oğlu Kərimov
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini

 

1962-ci il 20 iyul tarixində Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuşdur.

1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1986-cı ildə həmin institutu meyvə tərəvəzçilik və üzümçülük ixtisası üzrə bitimişdir.

1999-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 2004-cü ildə həmin universiteti yerquruluşu və torpaq müfəttişliyi ixtisası üzrə bitimişdir.

1987-2000-ci illərdə Ararat rayonun “Aydın” adına Kolxozda kolxozçu, Naxçıvan SSRİ-nin İliç rayonlararası heyvandarlıq sənayesi birliyində baş aqranom, Şəmkir rayonu Aqrar Sənaye Kombinatında aqranom, Şəmkir rayonu Çinarlı qəsəbəsinin inzibatı ərazi vahidliyində ərazi nümayəndəsi, Şəmkir rayonu Həzi Aslanov adına Dövlət Damazlıq müəssisəsinin direktoru vəzifələrində çalışmışdır.

2000-2001-ci illərdə "Azdövyerqurlayihə" İnstitutunun Şəmkir Rayonlarararsı Yerquruluşu İdarəsinin rəisi, 2001-2009-cu illərdə "Azdövyerqurlayihə" İnstitutunun Gəncə Rayonlarararsı Yerquruluşu İdarəsinin rəisi, 2009-2011-ci illərdə "Azdövyerqurlayihə" İnstitutunun Şəmkir Rayonlarararsı Yerquruluşu İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2012-2013-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri, 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru, 2015-2018-ci illərdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin direktoru vəzifələrində çalışmışdır.

2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.