Elşad Çingiz oğlu Məmmədov

Elşad Çingiz oğlu Məmmədov
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini

 

1975-ci il 5 aprel tarixində Kürdəmir rayonunda anadan olmuşdur.

1993-cü ildə Türkiyə Respublikasının Ankara Universitetinin siyasi elmlər fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin universiteti ümumi iqtisadiyyat, əməyin iqtisadiyyatı və sosiologiyası ixtisası üzrə bitirmişdir.

1998-ci ildə magistratura pilləsi üzrə Türkiyə Respublikasının Ankara Universitetinə daxil olmuş, 2001-ci ildə həmin universiteti mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirmişdir.

2000-2005-ci illərdə Türkiyə Respublikası Həmkarlar İttifaqında sənaye münasibətləri üzrə mütəxəssis, 2005-2007-ci illərdə Haribo şəkərləmə şirkətində İnsan resursları şöbəsinin müdiri, 2007-2008-ci illərdə Sədəf Gəmi İnşaatı Şirkətində İnsan resursları departamentinin direktoru,  2008-2009-cu illərdə Vest Konsalting MMC-də İnsan resursları departamentinin direktor müavini, strateji planlanma üzrə direktor vəzifələrində çalışmışdır.

2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Dövlət reyestrinin tərtibi və aparılmasının təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

2010-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdir.

2011-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.